Avropa Liqasında 3-cü turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə bir oyun baş tutub.
"Metallist" Xarkiv "Legiya"nı qəbul edib. Oyun "Legiya"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 28-ci dəqiqədə Ondrey Duda vurub.
Qeyd edək ki, "Legiya" əvvəlki iki turda "Lokeren" və "Trabzonspor"u da 1:0 hesabı ilə məğlub etmişdi.
