Ötən gün Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab görüləri çərçivəsində baş tutan “Anortosis” (Cənubi Kipr) – “Dila Gori” (Gürcüstan) matçı qalmaqalla yadda qalıb. Korner.az-ın məlumatına görə, kiprli azarkeşlər oyunun 83-cü dəqiqəsində komandalarının 0:3 hesablı məğlubiyyətinə dözməyərək meydana axışıb. Nəticədə meydanda xoşagəlməz olaylar yaşanıb və hakim oyunu dayandırıb.
UEFA böyük ehtimalla meydan sahibi komandaya 0:3 hesablı texniki məğlubiyyət verəcək.
