Ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək 3 komandamızdan ikisinin – “İnter” və “Qəbələ”nin müvafiq olaraq “Mladost”, “Laçi”, “Dinamo” (Tblisi) ilə keçirəcəkləri matç üçün əmsallar açıqlanıb.
Korner.az-ın məlumatına görə, dünyanın məşhur bukmeker kontorları “Qəbələ”nin Gürcüstanda qələbə qazanmaq şansının az olduğunu qeyd edirlər. Əvəzində “İnter” “Laçi” ilə səfər matçında favoritdi.
Maraqlıdır ki, “Neftçi” – “Mladost” matçı üçün əmsallar hələ də açıqlanmayıb.
20:30 Laçi – İnter – 4.50 – 3.75 – 1.61
21:00 Dinamo – Qəbələ – 2.20 – 3.20 – 3.00
Qeyd edək ki, əmsallar “bwin” və “gamebookers”in rəsmi saytlarından götürülüb.
