Avropa Liqası: Final matçının hakim təyinatları
13.05.2024 , 22:04

Avropa Liqasının finalında keçiriləcək “Atalanta” – “Bayer” oyuna hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, həlledici görüş rumıniyalı hakimlər tərəfindən idarə ediləcək.
Matçın baş hakimi İştvan Kovaç olacaq.
Ona Vasile Florin Marinesku və Mihai Ovidiu Artene (hər ikisi Rumıniya) kömək edəcəklər.
4-cü hakim funksiyasını isə İvan Krujlyak (Slovakiya) yerinə yetirəcək.
Final görüşü mayın 22-də Dublində (İrlandiya) keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
