Avropa Liqasının 1/16 finalında dünən keçirilən “Beşiktaş” – “Liverpul” cavab matçında yeni rekord müəyyənləşib.
Korner.az-ın məlumatına görə, “Atatürk Olimpiya” stadionunda keçirilən qarşılaşmanı tribunadan 63 min 324 azarkeş izləyib. Bu, Avropa Liqasının tarixində mütləq rekorddur.
Qeyd edək ki, “Beşiktaş” “Liverpul”u penaltilər seriyasında 5:4 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.
