Avropa Liqası: “Barselona” “Mançester Yunayted”lə qarşılaşacaq
07.11.2022 , 16:25

Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Korner.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayıb.
Püşk bu mərhələdə “Barselona” və “Mançester Yunayted”i üz-üzə qoyub. “Qarabağ”ın yer aldığı qrupda 2-ci yeri tutan “Nant” isə “Yuventus”la qarşılaşmalı olacaq.
Pley-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək.
Avropa Liqası
1/16 final
“Barselona” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)
“Yuventus” (İtaliya) – “Nant” (Fransa)
“Sportinq” (Portuqaliya) – “Midtüllan” (Danimarka)
“Şaxtyor” (Ukrayna) – “Renn” (Fransa)
“Ayaks” (Niderland) – “Yunion” (Almaniya)
“Bayer” (Almaniya) – “Monako” (Fransa)
“Sevilya” (İspaniya) – “PSV (Niderland)
“Zalsburq” (Avstriya) – “Roma” (İtaliya)
