Avropa Liqası: yarımfinalçılar məlum oldu
16.04.2021 , 01:15

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
Korner.az xəbər verir ki, ilk matçda “Slaviya” ilə heç-heçə edən “Arsenal” səfərdə böyük heablı qələbə ilə mərhələ adlayıb.
İngiltərənin digər təmsilçisi “Mançester Yunayted” səfərdə olduğu kimi öz meydanında da “Qranada”nı 2 cavabsız qolla məğlub edib.
“Vilyarreal” Zaqreb “Dinamo”sundan güclü olub. Evdə “Ayaks”la heç-heçə edən “Roma” isə səfər qələbəsi hesabında yarımfinala yüksəlib.
Yarımfinalda “Roma” “Mançester Yunayted”lə, “Arsenal” “Vilyarreal”la qarşılaşacaq. İlk oyunlar aprelin 29-da, cavab görüşləri mayın 6-da keçiriləcək.
Avropa Liqası
1/4 final (cavab oyunları)
“Slaviya” (Praqa, Çexiya) – “Arsenal” (İngiltərə) – 0:4
Qollar: Pepe, 18, Lyakazette, 21, 77, Saka, 24
İlk oyun – 1:1
“Mançester Yunayted” (İngiltərə) – “Qranada” (İspaniya) – 2:0
Qollar: Kavani, 6, Valyexo, 90 (öz qapısına.)
İlk oyun – 2:0
“Vilyarreal” (İspaniya) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 2:1
Qollar: Alkaser, 36, Moreno, 43 – Orşiç, 74
İlk oyun – 1:0
“Roma” (İtaliya) – “Ayaks” (Niderland) – 1:1
Qollar: Dzeko, 72 – Brobbi, 49
İlk oyun – 2:1
