Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Azərbaycanın sərbəst güləş üzrə Avropa çempionu olmuş Anar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib
Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin hadisəni törədərkən anlaqlı vəziyyətdə olub-olmamasını araşdırmaq üçün məhkəmə psixatrik ekspertizası təyin olunub.
O, 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.
Buna görə məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, idmançı Cinayət Məcəlləsinin 180.1 (Soyğunçuluq) maddəsi ilə ittiham edilir. Barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
İsmayılov 2003-cü ildə Makedoniyanın paytaxtı Skopye yeniyetmələr arasında keçirilən Avropa birinciliyində 54 kq çəki dərəcəsində qızıl medal qazanıb.
APA