Avropa çempionu uğrunda döyüşün revanşından qalib ayrılan azərbaycanlı boksçu Fariz Məmmədov onu dəstəkləyənlərə təşəkkürünü bildirib.
Korner.az-ın məlumatına görə, WBCA və WBO versiyaları üzrə Avropa kəmərinə sahib olan həmyerlimiz bu barədə "Facebook" hesabında yazıb:
"Döyüşümü izləyənlər və mənə böyük dəstək olanlar arasında “Qəbələ” İdman Klubunun vitse-prezidenti Fariz Nəcəfov da var idi. Buna görə ona xüsusi təşəkkür etmək istəyirəm. Həmçinin başda “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov olmaqla, klubun bütün kollektivinə dərin təşəkkürümü bildirirəm".