İki güləşçimiz finalda
22.04.2023 , 20:15

Bu gün Azərbaycanın daha 5 yunan-Roma güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.
Korner.az xəbər verir ki, idmançılarmız 1/8 finaldan mübarizəyə başlayacaqlar.
Nihat Məmmədli təsəlliverici qarşılaşmada mübarizə aparacaq.
Həsrət Cəfərov (67 kq) və Ülvü Qənizadə (72 kq) finala vəsiqə qazanmağı bacarıblar. Həsrət Cəfərov 1/8 finalda portuqaliyalı Pedro De Moraisə, 1/4 finalda norveçli Havard Yorgensenə, yarımfinalda isə türkiyəli Murat Firata qalib gəlib.
Ülvü Qənizadə 1/8 finalda ukraynalı Andrey Kulikə, 1/4 finalda bolqarıstanlı Deyvid Dimitrova, yarımfinalda isə türkiyəli Selçuk Cana qalib gəlib.
Yarımfinala qədər irəliləyən Rafiq Hüseynov (82) 1/8 finalda isveçrəli Mark Veberə, 1/4 finalda ermənistanlı Samvel Qriqoryana, final uğrunda görüşdə isə Türkiyə təmsilçisi Burhan Akbudaka uduzub. O, sabah bürünc medal uğrunda güləşəcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb. Qadınlardan isə Mariya Stadnik (50 kq) qızıl, Jalə Əliyeva (57 kq) bürünc medala sahib çıxıb.
