Avropa çempionatında iki güləşçimiz mübarizəyə başlayır
10.04.2025 , 10:57

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatı davam edir.
Korner.az xəbər verir ki, bu gün Azərbaycanın daha iki qadın güləşçisi mübarizəyə başlayacaq.
Jalə Əliyeva (57 kq) və Ruzanna Məmmədova (62 kq) qüvvələrini sınayacaqlar.
Bir qadın güləşçimiz isə bürünc medal görüşünə çıxacaq. Alyona Kolesnik (59 kq) 3-cülük uğrunda Aurora Russo (İtaliya) – Mariana Çerdivara (Moldova) cütünün güclüsü ilə qarşılaşacaq.
Qeyd edək ki, bunadək Azərbaycan yarışda 6 medal qazanıb. Sərbəst güləşçilərimiz 1 qızıl, 1 gümüş və 4 bürünc mükafat əldə ediblər.
