Qadın voleybolçular arasında Almaniya və İsveçrədə keçirilən Avropa çempionatında pley-off mərhələsinin oyunları başa çatıb. Halle və Sürixdə təşkil olunan matçlardan sonra 1/4 final cütləri müəyyənləşib.
Korner.az-ın məlumatına görə, Türkiyə, İtaliya, Xorvatiya və Fransa pley-off mərhələsində qalib gələrək, müvafiq olaraq, onları yarımfinal yolunda gözləyən Rusiya, Serbiya, Almaniya və Belçikaya rəqib olublar.
Pley-off mərhələsi
10 sentyabr
Türkiyə – Belarus – 3:0 (25:16, 25:13, 25:17)
İtaliya – Polşa – 3:0 (25:22, 25:22, 25:13)
Xorvatiya – Hollandiya – 3:2 (23:25, 25:11, 22:25, 25:23, 15:11 )
Çexiya – Fransa – 2:3 (25:20, 25:9, 23:25, 23:25, 18:20)
11 sentyabr
20:00. Rusiya – Türkiyə
20:30. Belçika – Fransa
23:00. Almaniya – Xorvatiya
23:30. Serbiya – İtaliya
