Bu gün futzal üzrə Avropa çempionatının final mərhələsinə start veriləcək.
Korner.az-ın məlumatına görə, Serbiyanın paytaxtı Belqradda təşkil ediləcək yarışın qalibi adı uğrunda 12 ölkənin millisi mübarizə aparacaq.
D qrupunda yer alan yığmamız ilk matçını bu gecə saat 00.00-da İtaliyaya qarşı keçirəcək.
Avropa çempionatının qalibi fevralın 13-də müəyyənləşəcək.
A qrupu
Portuqaliya
Serbiya
Sloveniya
B qrupu
Macarıstan
İspaniya
Ukrayna
C qrupu
Xorvatiya
Qazaxıstan
Rusiya
D qrupu
Azərbaycan
Çexiya
İtaliya
