“Ximok” və Rusiya yığmasının oyunçusu Aleksey Şved basketbol üzrə Avropa Çempionatının ən məhsuldar oyunçusu seçilib. Şvedin bu uğuru əlamətdar olub.
Belə ki, Avropa Çempionatları tarixində 18 ildən sonra ilk dəfə NBA-da çıxış etməyən basketbolçu turnirin ən məhsuldaroyunçususeçilib. Sonuncu dəfə bu uğuru ispan Alberto Errerosu gerçəkləşdirib.
Şvedin turnir ərzində ortalama göstəricisi belədi – 24.3 xal, 2.6 ribaund, 5.9 assist.
