Avroliqanın tarixinə düşdü
25.10.2019 , 17:39

Fransa təmsilçisi “Renn” Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Rumıniyanın ÇFR klubuna məğlub olub – 0:1.
Korner.az xəbər verir ki, qarşılaşma “Renn”in futbolçusu Pepe Bonet üçün əlamətdar olub.
Bonet, ÇFR-lə qarşılaşmada forma geyinərək, Avropa Liqası tarixində bir oyunda iştirak edən ən gənc qapıçı ünvanını qazanıb.
O, sözügedən turnirdə ilk oyununa çıxarkən 16 yaş 254 günlük olub.
