Avropa Liqasının “Çelsi” – “Benfika” finalı hollandiyalı hakimə həvalə olunub.
Korner.az-ın məlumatına görə, mayın 15-də Amsterdamda keçiriləcək həlledici qarşılaşma Byorn Kupersin rəhbərlik edəcəyi hollandiyalı hakimlər briqadasına tapşırılıb.
Ona bu qarşılaşmada yan xətt hakimləri Sander van Rukel, Ervin Zeynstr, qapı xətti hakimləri Pol van Bukel və Riçard Lisveld kömək edəcəklər. Ehtiyat hakim almaniyalı Feliks Brıxdı.