Sonrakı yerləri müəyyənləşdirərkən iki və daha çox komandanın topladığı xallar bərabər olarsa, (təsnifat mərhələsinin və final mərhələsindəki matçların nəticələri nəzərə alınır) komandaların öz aralarında keçirdikləri oyunların nəticələrinə görə (top fərqi) verilsin. Korner.az-ın məlumatına görə, bu göstərici də bərabər olarsa, komandaya aşağıdakı nəticələrə uyğun daha yüksək yerlər müəyyənləşdirilsin:
a) Ən çox qələbə qazanmış komandaya;
b) Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə;
c) Bütün görüşlərdə vurulmuş topların sayına görə;
d) Ən az qayda pozuntusuna görə (xəbərdarlıq – 1 bal, kənarlaşdırılma – 3 bal)
“Xəzər Lənkəran”, “Qarabağ” və “İnter” komandaları arasında keçirilmiş oyunların nəticələrini təqdim edirik:
II tur
“Qarabağ” 1-0 “İnter”
XIII tur
“İnter” 0-0 “Qarabağ”
XXVII tur
“İnter” 1-1 “Qarabağ”
XXXI tur
“Qarabağ” 1-0 “İnter”
____________________________________________________
VI tur
“Qarabağ” 0-1 “Xəzər Lənkəran”
XVI tur
“Xəzər Lənkəran” 0-0 “Qarabağ”
XXIII
“Qarabağ” 1-0 “Xəzər Lənkəran”
XXXII tur
“Xəzər Lənkəran” – “Qarabağ” (11.05.2012)
____________________________________________________
VIII tur
“İnter” 1-0 “Xəzər Lənkəran”
XV tur
“Xəzər Lənkəran” 0-1 “İnter”
XXVI tur
“Xəzər Lənkəran” 2-0 “İnter”
XXX tur
“İnter” 0-0 “Xəzər Lənkəran”
