Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda rekord qeydə alınıb.
Korner.az-ın məlumatına görə, buna “Mölde”nin hücumçusu Daniel Hestad imza atıb.
Norveç klubunun təcrübəli forvardı səfərdə “Seltik”in qapısına qol vurmaqla (1:2), Avroliqa tarixində fərqlənən ən yaşlı futbolçu adını qazanıb. Ümumilikdə, Avropa Liqasında tarixə düşən futbolçuların ilk “5-liy”i belədir.
Daniel Hestad (40 yaş 99 gün) – “Seltik” – “Mölde” (1:2, 05.11.2015)
Pavel Xorvat (37 yaş 214 gün) – “Akademika” – “Viktoriya” P. (1:1, 22.11.2012)
Mario Haas (37 yaş 13 gün) – AEK, Afina – “Şturm” (1:2, 29.09.2011)
Sergey Semak (36 yaş 353 gün) – “Zenit” – “Liverpul” (2:0, 14.02.2013)
Massimo Ambrozini (36 yaş 127 gün) – “Dnepr” – “Fiorentina” (1:2, 03.10.2013)
