UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsində klublarımızın keçirəcəyi ilk oyunların hakim təyinatları məlum olub.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Trans" – "İnter" matçını belçikalı, "Xəzər Lənkəran" – "Nomme Kalyu" oyununu sloveniyalı, "Bakı" – "Mura" görüşünü isə ukraynalı hakimlər briqadası idarə edəcək.
"Trans" (Estoniya) – "İnter"
Baş hakim: Alexandre Boucaut
Baş hakimin köməkçiləri: Jimmy Cremers, Patrick Plumes
Dördüncü hakim: Laurent Colemonts
(Hakimlər briqadası Belçikadandır)
UEFA nümayəndəsi: Milos Markovic (Serbiya)
Hakim-inspektor: Stefan Ormandjiev (Bolqarıstan)
"Xəzər Lənkəran" – "Nomme Kalyu" (Estoniya)
Baş hakim: Mitja Zganec
Baş hakimin köməkçiləri: Gregor Rojko, Robert Vukan
Dördüncü hakim: Dragoslav Peric
(Hakimlər briqadası Sloveniyadandır)
UEFA nümayəndəsi: Yevgeni Tratsyuk (Belarus)
Hakim-inspektor: Jari Maisonlahti (Finlandiya)
"Bakı" – "Mura" (Sloveniya)
Baş hakim: Sergey Dankovski
Baş hakimin köməkçiləri: Yevgeni Xalamendik, Oleksandr Yakimenko
Dördüncü hakim: Vitali Romanov
(Hakimlər briqadası Ukraynadandır)
UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina)
Hakim-inspektor: Oleq Çikun (Belarus)
