Avroliqada həftənin ən yaxşısı kim olacaq?
28.10.2022 , 13:48

Avropa Liqasında qrup mərhələsinin V turundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, bunlar “Real Sosyedad”dan Robert Navarro, PSV-dən Luk de Yonq, AEK-dən Omri Altman və “Renn”dən Amin Giuridir.
Qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.
