Avroliqada həftənin ən yaxşısı kim olacaq?
13.03.2020 , 17:00

Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Korner.az xəbər verir ki, siyahıda Samuele Kampo (“Bazel”), Çarles Aranqis (“Bayer”), Markos Antonio (“Şaxtyor”) və Odion İqalo (“Mançester Yunayted”) yer alıb.
Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.
