Avroliqada həftənin ən yaxşısı kim olacaq?
29.02.2020 , 16:33

Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Korner.az xəbər verir ki, siyahıda Fred (“Mançester Yunayted”), Edin Vişça (“Başakşəhər”), Kay Haverts (“Bayer”) və Conatan Kalyeri (“Espanyol”) yer alıb.
Qalib qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.
