Avroliqada həftənin ən yaxşısı adına namizədlər
14.04.2023 , 14:16

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, namizədlər arasında “Mançester Yunayted”dən Marsel Sabitser, “Yuventus”dan Federiko Qatti, “Feyenoord”dan Orkun Kökçü və “Yunion”dan Viktor yer alıb.
Qalib UEFA-nın saytında keçirilən səsvermə nəticəsində bəlli olacaq.
