Avroliqada həftənin ən yaxşısı adına namizədlər
10.03.2023 , 12:18

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, bu ada “Roma”dan Paulo Dibala, “Mançester Yunayted”dən Bruno Fernandes, “Bayer”dən Edmond Tapsoba və “Yunion”dan Viktor Bonifeys namizəd olub.
Qalib UEFA-nın saytında keçirilən səsvermə nəticəsində məlum olacaq.
