Avroliqada həftənin ən yaxşısı adına namizədlər
04.11.2022 , 13:04

Avropa Liqasında qrup mərhələsinin V turundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, bunlar “Betis”dən Aitor Ruibal, “Monako”dan Kevin Vollan, “Midtüllan”dan Anders Dreyer və “Roma”dan Lorentso Pelleqrinidir.
Qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.
