Avroliqada həftənin ən yaxşısı adına namizədlər
29.04.2022 , 11:53

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Korner.az xəbər verir ki, namizədlər arasında “Leypsiq”dən Anxelinyo, Marsel Halstenberq, “Ayntraxt”dan isə Daiti Kamada və Cibril Sou yer alıb.
Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.
