Avroliqada həftənin ən yaxşısı adına namizədlər
30.10.2020 , 11:28
Avropa Liqasının qrup mərhələsinin II turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Korner.az xəbər verir ki, namizədlər sırasında “Lüdoqorets”dən Elvis Manu, “Volfsberq”dən Mixael Lindl, PSV-dən Donyell Malen və “Srvena Zvezda”dan El-Fardu Ben-Nabuan yer alıb.
Qalib UEFA-nın saytında azarkeşlər tərəfindən verilən səslər nəticəsində seçiləcək.
