Avroliqada həftənin ən yaxşısı
08.05.2021 , 11:09

Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarının ən yaxşı oyunçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, bu “Mançester Yuneyted”in hücumçusu Edinson Kavanidir.
O, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə Pablo Mari (“Arsenal”), Brayan Kristante (“Roma”) və Raul Albiolu (“Vilyarreal”) qabaqlayıb.
Uruqvaylı forvard İtaliyada “Roma”ya 2:3 hesabı ilə uduzduqları oyunda dubla imza atıb.
