Avroliqada həftənin ən yaxşısı
28.11.2020 , 13:35

Avropa Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, bu “Tottenhem””n hücumçusu Karlos Vinisiusdu.
O, keçirilən səsbermədə Nikolas Pepe (“Arsenal”), Kerem Demirbay (“Bayer”) və Kodi Qakponı (PSV) qabaqlayıb.
Vinisius qrup mərhələsinin IV turunda “Ludoqorets”ə 4:0 hesabıyla qalib gəlkdikləri matçda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
