Avroliqada həftənin ən yaxşısı
10.09.2022 , 11:53
UEFA Avropa Liqasında qrup mərhələsinin ilk turundan sonra həftənin ən yaxşı oyunçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, “Latsio”nun yarımmüdafiəçisi Matias Vesinodur.
30 yaşlı futbolçu komandasının “Feyenoord”u 4:2 hesabıyla məğlub etdiyi matçda 2 qol vurub.
