Avroliqada bütün cütlüklər bilindi
15.03.2019 , 16:45

Bu gün Çempionlar Liqası ilə yanaşı, Avropa Liqasında da 1/4 və 1/2 final mərhələsinin püşkü atılıb.
Bakı vaxtı ilə saat 16:00-da başlayan mərasimdə 8 komanda öz rəqibini tanıyıb.
Avropa Liqası
1/4 final mərhələsi
“Napoli” (İtaliya) – “Arsenal” (İngiltərə)
“Vilyarreal” (İspaniya) – “Valensiya” (İspaniya)
“Benfika” (Portuqaliya) – “Ayntraxt” (Almaniya)
“Slaviya” (Çexiya) – “Çelsi” (İngiltərə)
1/2 final mərhələsində qarşılaşacaqlar
“Napoli” – “Arsenal” / “Vilyarreal” – “Valensiya”
“Benfika” – “Ayntraxt” / “Slaviya” – “Çelsi”
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları 11-18 apreldə, yarımfinalın görüşləri isə 2-9 may tarixlərində keçiriləcək.
