Avropa Liqasının qrup mərhələsinin V turunda keçirilən “Eştoril” (Portuqaliya) – PSV (Hollandiya) matçının ikinci hissəsi güclü yağış yağması səbəbilə təxirə salınıb.
Korner.az-ın məlumatına əsasən, ilk hissə ərzində yağan yağış stadionun ot örtüyünü yararsız hala saldığından hakim ikinci hissənin təxirə salındığını bildirib.
“Eştoril” – PSV görüşünün ilk hissəsi meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
