Türkiyənin "Fənərbağça" klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində həftəiçi Kiprin "AEL Limassol" komandası ilə oyun öncəsiiki sevindirici xəbər alıb.
Korner.az-ın məlumatına görə, "sarı lacivərtlilər"in iki aparıcı futbolçusu müdafiəçi Gökhan Gönül və yarımmüdafəçi Məhmət Topal Kiprə aparılacaq futbolçular arasındadı. Hər iki futbolçunun zədəsini sağaltdığı və baş məşqçi Aykut Kocamanın şans verəcəyi təqdirdə oynaya biləcəkləri bildirilir.
