Avroliqa matçında qadın baş hakim
20.10.2020 , 20:23

Avropa Liqasının oyununu ilk dəfə qadın baş hakim idarə edəcək.
Korner.az xəbər verir ki, qrup mərhələsində ilk turun “Lester Siti” (İngiltərə) – “Zarya” (Ukrayna) matçını fransalı Stefani Frappar idarə edəcək.
Ona yan xətt hakimləri Siril Mönye və Benjamen Pajes kömək edəcək. Dördüncü hakim funksiyasını isə Joan Amel yerinə yetirəcək.
Oktyabrın 22-də keçiriləcək “Lester” – “Zarya” matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
