Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində keçirilən “Kukesi” (Albaniya) – “Legiya” (Polşa) görüşündə insident yaşanıb.
Korner.az-ın məlumatına görə, meydan sahiblərinin azarkeşlərinin etdiyi hərəkət səbəbindən matç yarımçıq dayandırılıb.
Belə ki, ikinci hissənin əvvəlində hesab 2:1 “Legiya”nın xeyrinə olan zaman meydana daş atılıb. Həmin daş “Legiya”nın futbolçusu Andrey Duduya dəyib. O, ciddi xəsarət alıb. Referi matçı 51-ci dəqiqədə dayandırmaq qərarına gəlib.
