Avroliqa: III təsnifat mərhələsinə start verilir
10.08.2023 , 12:45

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.
Korner.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda Finlandiya HİK-ini qəbul edəcək.
Yunanıstan “Olimpiakos”u “Genk”lə (Belçika), BATE (Belarus) isə “Şerif”lə (Moldova) üz-üzə gələcək.
Cavab görüşləri avqustun 17-də olacaq.
Avropa Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
10 avqust
20:00. “Qarabağ” (Azərbaycan) – HJK (Finlandiya)
20:00. “Jalgiris” (Litva) – “Haken” (İsveç)
21:00. “Şerif” (Moldova) – BATE (Belarus)
21:00. “Slaviya” (Praqa, Çexiya) – “Dnepr-1” (Ukrayna)
23:00. “Olimpiakos” (Yunanıstan) – “Genk” (Belçika)
23:00. “Zrinski” (Bosniya və Herseqovina) – “Breydablik” (İslandiya)
