Avrokuboklarda 4-cü əvəzetməyə icazə verildi – rəsmi
05.07.2018 , 16:10

Klublar 2018/2019 mövsümündən etibarən Çempionlar Liqası və Avropa Liqası matçlarının əlavə vaxtlarında 4-cü əvəzetmədən istifadə edə biləcəklər
Bu barədə UEFA-nın saytı məlumat yayıb. Yeni qaydalara əsasən, əsas vaxtda əvvəlki kimi 3 dəyişiklik edilə biləcək. Ancaq əlavə vaxt olacağı təqdridə, 4-cü əvəzetməyə də icazə veriləcək.
Qeyd edək ki, əlavə vaxtda 4-cü əvəzetməyə ilk dəfə DÇ-2018-də icazə verilib. Rusiya millisi 1/8 finalda İspaniya ilə matçda 4-cü oyunçu dəyişikliyi edib. 97-ci dəqiqədə Daler Kuzyayevin yerinə Aleksandr Yeroxin meydana daxil olub.
