“Avrokuboklara vəsiqə qazana bilərik” – “Zirə”nin yeni transferi
21.12.2019 , 22:24

“Zirə”nin yeni transferi David Volkov klubun rəsmi saytına açıqlama verib.
Korner.az xəbər verir ki, futbolçu bunları söyləyib:
“Yaxşı əhval-ruhiyədəyəm, “Zirə”yə keçdiyimə görə şadam. Yanvar ayından etibarən yeni komandamın uğur qazanması üçün kömək etmək istəyirəm. Fikrimcə, “Zirə” ilə avrokuboklara vəsiqə qazana bilərik, bu, bizdən asılı olacaq”.
