Çempionlar Liqası və Avropa Liqasının final matçları “Youtube” saytından canlı yayımlanacaq.
Korner.az-ın məlumatına görə, azarkeşlər “Youtube” kanalı olan “BT Sport” vasitəsi ilə hər iki matçı şifrəsiz, heç bir ödəniş olmadan izləyə biləcək.
Həmin qarşılaşmaları məşhur sayt vasitəsilə Rio Ferdinand, Steven Cerrard, Qari Lineker, Oven Harqrivs, Stiv Makmanaman kimi sabiq futbolçular şərh edəcəklər.
Xatırladaq ki, iyunun 3-də ÇL-in, mayın 24-də isə AL-in final matçı keçiriləcək.
