Avro-2024-ün rəmzi komandası
16.07.2024 , 17:51

Avro-2024-ün rəmzi komandası məlum olub.
Korner.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
Simvolik “11-lik” belədir:
Qapıçı: Mayk Menyan (Fransa);
Müdafiəçilər: Kayl Uoker (İngiltərə), Manuel Akanji (İsveçrə), Uilyam Saliba (Fransa), Mark Kukurella (İspaniya);
Yarımmüdafiəçilər: Rodri, Daniel Olmo, Fabian Ruiz (hamısı İspaniya);
Hücumçular: Lamin Yamal, Niko Uilyams (hər ikisi İspaniya), Camal Musiala (Almaniya).
Qeyd edək ki, Avro-2024-ün çempionu İspaniya millisi olub.
