Avro-2024-ün açılış oyununun hakimi
12.06.2024 , 15:43

Avro-2024-ün açılış oyununun hakimi müəyyənləşib.
Korner.az xəbər verir ki, UEFA Almaniya və Şotlandiya komandaları arasında keçiriləcək bu görüşə baş hakim kimi Kleman Türpeni təyin edib. Fransa Futbol Federasiyasından olan referiyə Nikolya Dano və Benjamen Paj kömək edəcəklər. Fransua Leteksye dördüncü hakim olacaq, Jerom Brisar isə VAR-a nəzarət edəcək.
Almaniya – Şotlandiya oyunu iyunun 14-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
