Avro-2024: səbətlərin tərkibi bilindi
28.09.2022 , 10:19

UEFA Millətlər Liqasının qrup oyunlarından sonra 2024-ci ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsində səbətlərin tərkibi dəqiqləşib.
Korner.az xəbər verir ki, Azərbaycan millisi püşkatmaya 4-cü torbadan qatılacaq.
Tədbir oktyabrın 9-da olacaq.
Millətlər Liqası səbəti: Niderland, Xorvatiya, İspaniya, İtaliya
1-ci səbət: Portuqaliya, Macarıstan, Belçika, Danimarka, Polşa, İsveçrə;
2-ci səbət: Çexiya, Fransa, İngiltərə, Avstriya, Uels, Bosniya və Herseqovina, İsrail, Şotlandiya, Serbiya, Finlandiya;
3-cü səbət: Ukrayna, Sloveniya, İrlandiya, Rumıniya, İsveç, Ermənistan, Monteneqro, İslandiya, Albaniya, Norveç;
4-cü səbət: Gürcüstan, Türkiyə, Qazaxıstan, Yunanıstan, Lüksemburq, Farer adaları, Azərbaycan, Şimali Makedoniya, Kosovo, Bolqarıstan;
5-ci səbət: Kipr, Slovakiya, Şimali İrlandiya, Belarus, Estoniya, Cəbəllütariq, Latviya, Litva, Malta, Moldova;
6-cı səbət: Andorra, Lixtenşteyn, San Marino.
