İtaliya, İspaniya və İsveçrədən qələbə
16.06.2024 , 00:55

Bu gün Avropa çempionatında növbəti oyunlar keçirilib.
Korner.az xəbər verir ki, A qrupunda Macarıstan İsveçrə ilə üz-üzə gəlib. Görüş isveçrəlilərin qələbəsiylə başa çatıb – 3:1.
B qrupunda isə iki qarşılaşma baş tutacaq. İspaniya Xorvatiya üzərində inamlı qələbə qazanıb.
İtaliya isə Albaniyanı məğlub edib.
AÇ-2024
15 iyun
A qrupu
Macarıstan – İsveçrə 1:3
Qollar: Barnabaş Varqa, 66 – Kvadvo Dua, 12. Mişel Ebişer, 45. Embolo, 90+3.
Hakim: Slavko Vinçiç (Sloveniya).
Köln. “Rhein Energie Stadion”.
B qrupu
İspaniya – Xorvatiya 3:0
Qollar: Alvaro Morata, 29. Fabian Ruis, 32. Dani Karvahal, 45+2.
Hakim: Maykl Oliver (İngiltərə)
Berlin. “Olympiastadion”.
İtaliya – Albaniya 2:1
Qollar: Alessandro Bastoni, 11. Nikolo Barella, 16 – Nedim Bayrami, 1.
Hakim: Feliks Çvayer (Almaniya)
Dortmund. “Signal Iduna Park”.
