İngiltərə və Niderlanddan qələbə, Sloveniya Danimarka ilə heç-heçə etdi
17.06.2024 , 00:55

Almaniyada futbol üzrə 2024-cü il Avropa çempionatı davam edir.
Korner.az xəbər verir ki, turnirin 3-cü günündə 3 matç keçiriləcək.
D qrupunda saat 17:00-da Polşa Niderland ilə qarşılaşacaq.
C qrupunda saat 20:00-da Sloveniya Danimarka ilə, saat 23:00-da Serbiya İngiltərə ilə üz-üzə gələcək.
Avro-2024, qrup mərhələsi, 1-ci tur
D qrupu
17:00. Polşa – Niderland – 1:2
Qollar: Buksa, 16 (1:0), Qakpo, 29 (1:1), Veqhorst, 83 (1:2)
Baş hakim: Artur Dias (Portuqaliya)
“Colksparkstadion”
C qrupu
20:00. Sloveniya – Danimarka – 1:1
Qollar: Eriksen, 17 (0:1), Yanza, 77 (1:1)
Baş hakim: Sandro Şerer (İsveçrə)
“MHP Arena”
23:00. Serbiya – İngiltərə – 0:1
Qol: Bellinqem, 13
Baş hakim: Daniele Orsato (İtaliya)
“Veltins Arena”
