Avro-2024-də həyəcan davam edir
21.06.2024 , 10:46

Avro-2024-də qrup mərhələsinin 2-ci turunun oyunları davam edir.
Korner.az xəbər verir ki, bu gün D və E qruplarında ümumilikdə 3 matç keçiriləcək.
E qrupunda Slovakiya Ukraynanı qəbul edəcək. D qrupunda isə Avstriya Polşanın qonağı olacaq.
Günün son qarşılaşmasıda Niderland və Fransa üz-üzə gələcək. Matça saat 23:00-da start veriləcək.
21 iyun
E qrupu
17:00. Slovakiya – Ukrayna
Baş hakim: Maykl Oliver (İngiltərə).
Düsseldorf, “Esprit Arena”
D qrupu
20:00. Polşa – Avstriya
Baş hakim: Halil Umut Meler (Türkiyə)
Berlin Olimpiya Stadionu
23:00. Niderland – Fransa
Baş hakim: Entoni Teylor (İngiltərə)
Leyptsiq, “Red Bull Arena”
