Milli Avstriyaya məğlub oldu
25.03.2023 , 01:37

Azərbaycan millisi bu gün Avro-2024-ün seçmə mərhələsində ilk oyununa çıxıb.
Korner.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə Avstriya yığması ilə qarşılaşıb. Görüş millimizin 1:4 hesablı məğlubiyyəti ilə bitib.
Azərbaycan yığması seçmə mərhələnin F qrupunda Avstriya ilə yanaşı, Belçika, İsveç və Estoniya ilə mübarizə aparacaq.
24 mart
Avro-2024
Seçmə mərhələ, ilk tur
23:45 Avstriya – Azərbaycan – 4:1
Qollar: Marsel Zabitser, 28, 50, Mixael Qriqoritş, 29, Kristof Baumqartner, 69 – Emin Mahmudov, 64
Baş hakim: Bartoş Frankovski (Polşa)
