Fransa səfərdə qalib gəldi
28.03.2023 , 01:01

Bu gün 2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində II turun növbəti oyunları keçirilib.
Korner.az xəbər verir ki, F qrupunda yer alan Azərbaycan yığması səfərdə İsveçin qonağı olub və 0:5 hesabı ilə uduzub. Avstriya isə Estoniyanı qəbul edib və 2:1 hesablı qələbə qazanıb.
Fransa isə İrlandiya ilə üz-üzə gəlib və 1:0 hesablı qələbə qazanıb.
Avro-2024
Seçmə mərhələ, II tur
27 mart
B qrupu
Niderland – Cəbəllütariq – 3:0
Qollar: Depay, 23, Ake, 50, 83
İrlandiya – Fransa – 0:1
Qollar: Pavar, 50
E qrupu
Polşa – Albaniya – 1:0
Qol: Sviderski, 41
Moldova – Çexiya – 0:0
F qrupu
İsveç – Azərbaycan – 5:0
Qollar: Forsberq, 38, Bəhlul Mustafazadə, 65 (öz qapısına), Qyokeres, 79, Karlson, 88, Elanqa, 89
Avstriya – Estoniya – 2:1
Qollar: Kaynts, 68, Qreqoritş, 87 – Sappinen, 25
G qrupu
Macarıstan – Bolqarıstan – 3:0
Qollar: Veçsey, 7, Soboslay, 26, Adam, 39
Monteneqro – Serbiya – 0:2
Qollar: Vlahoviç, 78, 90+6
