AVRO-2024: Almaniya – Türkiyə – 12:4
28.09.2018 , 10:44

UEFA 2024-cü ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək ölkənin müəyyənləşdirilməsi ilə bağlı səsvermənin nəticələrini açıqlayıb
UEFA-nın İcraiyyə Komitəsinin üzvlərindən 12-si Almaniyaya, 4-ü isə Türkiyəyə səs verib. Daha bir nəfər isə bitərəf qalıb.
Qeyd edək ki, Almaniya daha əvvəl 2 dəfə dünya çempinatına, 1 dəfə isə qitə birinciliyinə ev sahibliyi edib
6 ildən sonra Almaniyada keçiriləcək Avropa çempionatının oyunlarına 10 şəhər – Berlin, Münhen, Dortmund, Helzenkirhen, Ştutqart, Hamburq, Düsseldorf, Köln, Leyptsiq və Frankfurt ev sahibliyi edəcək.
