UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatının təşkilatçılığıyla bağlı qərarını verib.
Korner.az-ın məlumatına görə, Avropanın ali futbol qurumu final mərhələsinin oyunları Avropanın müxtəlif ölkələrində keçiriləcək.
Bu barədə bu gün keçiriklən toplantıdan sonra UEFA-nın baş katibi Gianni İnfantino məlumat verib. İnfantino deyib ki, qrup oyunları Avropanın böyük şəhərlərində keçiriləcək.
Xatırladaq ki, Avro-2020-yə ev sahibliyi etmək üçün Azərbaycan da namizədliyini irəli sürmüşdü.
