AVRO-2020: Türkiyənin Bakıdakı oyunlarının başlama saatı açıqlandı
01.12.2019 , 14:03
Avro-2020-nin A qrupunun Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının başlama saatları müəyyənləşib.
Korner.az oyunların təqvimini diqqətinizə çatdırır:
13 iyun, saat 15:00
Uels – İsveçrə
17 iyun, saat 18:00
Türkiyə – Uels
21 iyun, saat 18:00
İsveçrə – Türkiyə
A qrupunda mübarizə aparacaq İtaliya milli komandası bu mərhələdəki hər 3 oyununu Roma şəhərindəki “Olimpiko” stadionunda keçirəcək.
Qeyd: Oyunların başlanma saatı Mərkəzi Avropa vaxtı ilə göstərilib.